Dəmir yumruq » Manşet » Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı - Foto
Manşet / Hadisə / 11-11-2026, 19:44

Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı - Foto

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib.
 
Demiryumruq.az AZƏRTAC-a istinadən xəbər verir ki, toplantıda iqlim böhranına qarşı mübarizədə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunmasında beynəlxalq təcrübə mübadiləsi, ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
 
Tədbirdə çıxış edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Qlobal Sıfır Tullantı Alyansı vasitəsilə ölkələrin uğurlu təcrübələrini bölüşdüyü, birgə layihələr hazırladığı və yerli həll yollarını qlobal miqyasda yaymaq üçün güclü əməkdaşlıq platforması yaratmağı hədəflədiklərini bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.