Dəmir yumruq » Manşet » Cüdoçularımızdan ardıcıl qələbələr
Manşet / İdman / 10-10-2026, 11:23

Cüdoçularımızdan ardıcıl qələbələr

 

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq.
 
Demiryumruq.az xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.
 
M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
 
Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
 
U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
 
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
 
***
Ətraflı
 
Camal Qamzatxanov DÇ-yə qələbə başlayıb. O, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
 
***
 
Uşanqi Kokauri Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edərək növbəti mərhələyə çıxıb. 
 
***
 
Azərbaycan cüdoçusu Kənan Nəsibov Losseni Koneyə qalib gələrək növbəti mərhələyə adlayıb. 
 
***
 
Camal Qamzatxanov 1/16 finalda xorvatiyalı Nikita Sviridə qalib gəlib. 

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.