27 SENTYABR — YADDAŞLARA HƏKK OLUNAN VƏTƏN GÜNÜ
Bir jurnalistin gözləri ilə Göyçayda 44 günlük Vətən müharibəsinin ilk günləri..
27 sentyabr 2020-ci il...
Bu tarix Azərbaycan xalqının yaddaşına həm ağrılı, həm də qürurlu bir gün kimi həkk olundu. Həmin səhər Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə uzun illər davam edən işğalın sona çatdırılması istiqamətində tarixi yolun başlanğıcı qoyuldu.
2020-ci ilin sentyabrında ölkədə səfərbərlik tədbirləri həyata keçirilərkən Azərbaycanın müxtəlif bölgələrindən minlərlə gənc Vətənin müdafiəsinə hazır olduğunu bildirdi.
Göyçay da bu ümumxalq səfərbərliyinin önündə dayanan rayonlardan biri idi.
Həmin günlərdə mən Göyçay Gənclər Mərkəzinə rəhbərlik edir, Milli Məclisin deputatı səlahiyyətli nümayəndəsi, eyni zamanda Göyçay İnformasiya Agentliyi və Nar Tv - in, "Göyçay" qəzetinin baş redaktoru, rayon icra hakimiyyətinin mətbuat katibi olaraq kollektivimizlə birgə real hadisələri işıqlandırırdıq.
Sentyabrın 27-si səhər saatlarından etibarən Göyçay şəhərində tamamilə fərqli bir ab-hava hökm sürürdü. Gənclər şəhərin Heydər Əliyev parkında Gənclər Mərkəzinin qarşısına toplaşır, Azərbaycan bayraqları dalğalanır, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şəhid qanı yerdə qalmaz!” kimi şüarlar səslənirdi.
Gənclərin bir arzusu vardı: Vətənin müdafiəsinə getmək, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmaq.
Rayon İcra Hakimiyyətinin qarşısında da böyük izdiham yaranmışdı. Həmin vaxt rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin nümayəndələri, gənclər və rayon sakinləri bir araya gəlmişdilər. İnsanlarda həm narahatlıq, həm də illərdir gözlənilən günün gəldiyinə dair böyük bir qürur hissi vardı.
Gənclərin iştirakı ilə Şəhidlər xiyabanına yürüş başladı.
Rayon rəhbərliyindən tutmuş sıravi vətəndaşa qədər hər kəs çiyin-çiyinə addımlayırdı. Əllərdə üçrəngli Azərbaycan bayraqları, dillərdə Vətən, şəhid və Qarabağla bağlı şüarlar vardı.
Mən rəhbərlik etdiyim media kollektivləri ilə həmin tarixi anları foto və video görüntülərə köçürürdüm. O zaman bilmirdik ki, çəkdiyimiz hər bir kadr gələcəkdə bir dövrün canlı salnaməsinə çevriləcək.
Göyçay şəhər Əli Kərim parkına çatdıq.
Şəhidlərimizin ruhuna dualar oxundu, onların xatirəsi ehtiramla yad edildi. Gənclər Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər. Rayon rəhbərinin könüllü olaraq ilk qeydiyyatdan keçməsi bir daha Ümummili lider Heydər Əliyev məktəbini keçməsindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qismən səfərbərlik elan etməsinə, könüllülər arasında böyük bir önəm verərək stimul verdi. Ədliyyə Genral olan icra başçısından sonra şəhər icra nümayəndəsi, bayraq muzeyinin. Rəhbəri, mən, və gənclər Mərkəzinin direktur müavini xanımın könüllü olaraq cəbhəyə getmək istəməsi burada kənarda müşahidə edənlərə nümunə oldu desək yanılmaram.Yüzlərlə gənc sıraya süzülərək qeydiyyatdan keçdi. Sıranın sonu görsənirdi..
Lakin 27 sentyabrın ağrılı xəbəri də çox keçmədi...
İLK ŞƏHİD xəbəri gəldi
Səhər saatlarında Göyçayın Ləkçılpaq kəndinə ilk şəhidin gətiriləcəyi barədə xəbər yayıldı.
Mən və media kollektivi dərhal kəndə yollandıq.
Kəndin girişində artıq rayonun müxtəlif qurumlarının nümayəndələri,rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, Səfərbərlik xidməti, Gənclər mərkəzi, Mədəniyyət və təhsil işçiləri, din xadimləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdı.
Hamı bir nəfəri gözləyirdi...
Şəhidi.
Nəhayət, şəhidimizin gətirildiyi xəbər verildi.
Şəhid kəndə daxil oldu.
Sükut içində ağır addımlar atıldı. Sonra insanların fəryadı, ağlama səsləri eşidildi. Şəhidin tabutu minlərlə insanın çiyinləri üzərində son mənzilə aparıldı.
Göyçay rayonunun ilk şəhidlərindən biri olan Zamiq Çingiz oğlu Əhmədov doğma torpağa tapşırıldı.
Həmin gün mən bir daha şahidi oldum ki, Vətən sevgisi yalnız söz deyil. Vətən sevgisi insanın ən ağır anda belə özünü göstərən mənəvi gücüdür.
GECƏYƏ QƏDƏR DAVAM EDƏN SƏFƏRBƏRLİK
Şəhid dəfnindən sonra rayon səfərbərlik və hərbi xidmətə çağırış qurumunun qarşısına gəldik.
Burada yüzlərlə gənc toplaşmışdı.
Gecə saatlarına qədər insanlar ərazini tərk etmirdilər. İcra başçısı camaata Azərbaycan Prezidentinin daxili və xarici siyasətini dəstəkləyiklərinə vətənpərvər, dövlətə, vətənə sevgilərini yüksək qiymətləndirərək onlara öz təşəkkürünü bildirdi. Səhər açıldı meydan insan axını ilə dolurdu,Azərbaycan, Türkiyə Pakistan bayraqları ilə gənclər Səfərbərlik şöbəsinin qarşısına toplaşırdılar, Rayon İcra Hakimiyyəti, hüquq mühafizə idarələri güclənmiş iş rejimində işə başlamışdılar.Göyçsylı könüllü gənclər gecə yatnayaraq səhərədək gözlədilər. Səhər avtobuslar gələrək gəncləri Vətənin müdafiəsinə gedənlərlə doldu.
Həmin mənzərələrdən biri xüsusilə yaddaşıma həkk olunub.
Rayon rəhbəri Mehdi Səlimzadə gəncləri yola salarkən əlində müqəddəs Qurani-Kərimi tutaraq onları dualarla uğurlayıb, yola salırdı. Avtobus dolur yenisi gəlirdi..
Bu, sadəcə yola salınma mərasimi deyildi.
Bu, xalqın Vətən uğrunda birliyinin canlı mənzərəsi idi.
Gecə səfərbərlik şöbəsinin həyətində yatıb səhəri gözləyən gəncləri gördüm.
47 ŞƏHİDİN AĞRISI
Sonrakı günlərdə Göyçay üçün ağır və kədərli xəbərlər bir-birini əvəz etdi.
Vətən müharibəsinin gedişində rayona onlarla şəhid gətirildi. Müharibə dövründə Göyçaydan 43 şəhidin dəfn mərasimi keçirildi, ümumilikdə isə rayonun 47 şəhid övladı torpağa tapşırıldı.
Hər dəfn ayrı bir həyat hekayəsi idi.
Hər tabutun arxasında bir ana, bir ata, bir həyat yoldaşı, bir övlad, bir ailə vardı.
Bəzən dəfnlər gecə saatlarında, yağış altında keçirilirdi. Lakin hava şəraitindən asılı olmayaraq insanlar şəhidin son mənzilinə qədər onunla birlikdə gedirdilər.
Qəbir qazan da həmin xalqın içindən idi.
Quran oxuyan da.
Bayraq aparan da.
Şəhidin tabutunu çiynində daşımaq uğrunda əsil mübarizə gedirdi....
Bu mənzərələr Göyçayın Vətən müharibəsi salnaməsinin ən ağrılı səhifələrinə çevrildi.
Göyçay İnformasiya Agentliyi və Nar TV kollektivi olaraq həmin günlərin foto və video görüntülərini çəkir, mümkün qədər hadisələrin canlı salnaməsini yaradırdıq. Çəkilən materiallar şəhid ailələrinə və aidiyyəti qurumlara təqdim edilirdi.
UNUDULMAYAN VİDA
Şəhid dəfnlərindən şahidi olduğum hadisə bu gün də gözlərimin qarşısındadır.
Şəhid kəndə gətirilmişdi.
Dəfn mərasimi keçirilirdi. Qəbir torpaqla örtülürdü.
Bu zaman izdihamın arasından bir qadın hamını keçərək qəbirə yaxınlaşmağa çalışdı.
O, şəhidin həyat yoldaşı idi.Mən qarşıda dayanmışdım.
İnsanların onu saxlamağa çalışmasına baxmayaraq, ürəyinin ağrısı ona güc verirdi. Rayon rəhbəri və digər şəxslər onu sakitləşdirməyə çalışırdılar:
“Anan, bacım, qızım, səbirli ol...”
Lakin o, qəbirə qədər irəlilədi.
Torpağı əlləri ilə kənara çəkərək kəfənə bükülmüş həyat yoldaşının üzünü son dəfə görmək istədi.
Sonra şəhid həyat yoldaşının üzündən öpdü və bir müddət onun yanında uzandı.
Həmin an ətrafda olan insanlar sanki donmuşdu.
Mən də hadisənin canlı şahidi kimi nə edəcəyimi bilmirdim.
Bu, müharibənin gətirdiyi ən ağır həqiqətlərdən biri idi.
O gün bir daha anladım ki, şəhidlik yalnız bir insanın ölümü deyil. Şəhidlik bir ailənin bütün həyatını dəyişən böyük bir faciə,uca zirvə, müqəddəs məkandır.
ANANIN SON VİDASI
Başqa bir şəhidin evinə gəlişi isə yaddaşımda tamam başqa bir səhnə kimi qalıb.
Evin tək oğlu şəhid olmuşdu.
Anası oğlunun yolunu gözləyirdi.
Şəhid gətirilərkən ana dizləri üstə oğlunu qarşıladı və onun üzünü son dəfə görmək istədiyini bildirdi.
Rayon rəhbəri Mehdi Səlimzadə ananı qucaqlayaraq ona mənəvi dayaq olmağa çalışdı və şəhid övladı ilə son dəfə vidalaşmasına şərait yaratdı.
Ana oğlunun üzünü son dəfə gördü.
Sonra həyətə çıxdı.
Göz yaşları içində ağır sükut hökm sürürdü.
Bu sükutu yalnız iki söz pozdu:
“Vətən sağ olsun!”
ŞƏHİD ZABİTİN OĞLU
Başqa bir dəfn mərasimində isə şəhid zabitin balaca oğlu gözlərimin önündən getmir..
Kiçik Əli atasının şəklini başı üzərində tutmuşdu.
İnsan izdihamının içində atasının tabutuna baxırdı.
Göyçay şəhərinin bir başından digər başına qədər uzanan insan seli şəhid zabiti son mənzilə yola salırdı.
Azərbaycan Ordusunun zabitləri öz igid silahdaşlarının dəfnində iştirak edirdilər.
Şəhidin tabutuna bükülmüş üçrəngli bayraq sonradan oğluna təqdim edildi.
Balaca Əli həmin bayrağı sinəsinə sıxaraq ağlayırdı.
Bəlkə də o uşaq həmin gün heç nəyi tam dərk etmirdi.Amma nə vaxtsa böyüyəndə biləcək ki, o qəhrəman polkovnik letenatın, əsgərlə bir səngərdə düşmənlə üzbəüz qorxmadan qanı bahasına döyüşə girən qəhrəmanın övladıdır.
Arası, abasj olmayan ŞƏHİD
Əslən Qəbələ rayonundan olan Göyçayda doğulub, böyüyən Ləzgi millətinin nümayəndəsi olan Fərid Zakir oğlu Mövsünov.. Həmyaşıd idik, tanıdığım nəslin nümayəndə olan şəhidimiz. Göyçay əhalisi onun üçün toplaşdı. Yol iriz insan idi. Demək olar ki, yoldan keçmək olmurdu. İnanın ki, insan seli şəhidə ata, atına, back, qardaç idi. Bu mənzərə birdaha Azərbaycanda yaşayan millətlərin Dəmir yumruq ətrafında birləşərək, ölkə rəhbərinin səsinə çağırışına dəstək olaraq, Vətən uğrunda canlarını verib qanlarını töküb toroaqlarımlzln azad olmadı uğrunda döyüşməyə hazır olduqlarını bu müharibə zamanı bildirdilər. Dəfin zabsnk hamının şəhidə qarşı münasibətini, işlıdutu şirkət rəhbərliyinin dəstəyini, münasibətini gördüm.
QƏLƏBƏ XƏBƏRİ
Nəhayət, günlər keçdi gün oldu ki iki şəhid dəfn etdik.. 89 saylı Göyçay - Ağdaş dairəsi üzrə şəhid dəfinlərində içturj etdim...
44 günlük Vətən müharibəsi başa çatdı.
Gecə saatlarında rayon ərazisində müharibənin gedişini müzakirə etdiyimiz vaxt telefon zəngi gəldi.
Rayon rəhbərinin sevincli səsi eşidildi:
“Haradasınız? Tez jurnalist kollektivini, gəncləri, idmançıları götürüb Heydər Əliyev parkına gəlin!”
Bu, Zəfər xəbəri idi.
Bir qədər sonra Heydər Əliyev parkında böyük izdiham yarandı.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər nümayəndəliyi, mədəniyyət və təhsil işçiləri, şəhid ailələri, müharibə iştirakçıları, veteranlar, gənclər, idmançılar və rayon sakinləri bir araya gəldilər.
Azərbaycan bayraqları dalğalanırdı.
İnsanlar həm gülür, həm ağlayırdı.
Bu, adi sevinc deyildi.
Bu, illərlə gözlənilən Zəfərin sevinc göz yaşları idi.
Səhərədək davam edən bayram ab-havasında bir həqiqət bütün insanların dilində idi:
Qarabağ Azərbaycandır!
SON ŞƏHİD
Zəfərdən əvvəl və sonra şəhidlərimizin son mənzilə yola salınması isə xalq üçün ən ağır sınaqlardan biri oldu.
Ad günüm idi 23 noyabr xəbər eşitdim Azərbaycan Ordusunun yüksək rütbəli zabiti şəhid olub.
Rayonun son şəhidlərindən biri Azərbaycan Ordusunun polkovniki idi."Qazi ol, Şəhid ol Qalib ol" deyən Qalib ordunun şəhid polkovniki..
Onun dəfn mərasimində atası dik və məğrur dayanmışdı.Bu mənzərə bir daha şəhid atası olmağın necə yüksək mərtəbə olmadımın əyani sübutu idi.
Ata son ana qədər oğlunun şəklinə baxırdı.
Şəhidin üzərinə örtülmüş üçrəngli Azərbaycan bayrağı oğullarına təqdim edildi.
Bu mənzərə bir daha göstərdi ki, şəhidlərin ailələri yalnız böyük bir ağrı yaşamır, həm də Vətənin qarşısında böyük bir mənəvi ucalıq nümayiş etdirirlər. 44 gün müharibə zamanı "Hər əsrlərə bir nar" aksiyası cəbhə bölgəsinə göyçaylar simvolumuz olan Nar ilə bahəm əsgərlərə yardım göndərməsi, Göyçay əsili sahibkar iş adamlarından düşmənlə cəbhədə döyülən əsgərlərə yardım aksiyaları, rayonda olan xəstəxanada cəbhədə yaralanan əsgərlərə rayon xəstəxanasının baş həkimi və kollektivinin xidmətin öz gözlərimlə gördüm.
Ümumilikdə müharibə devirdə hər kəsin əsgərə qarşı münasibəti qürurverici, mənəvi borc borc olduğunu həmrəylik, vətənpərvərlik ruhu ətrafında birləşməyin şahidi oldum. Şəhid ailələri ilə müntəzəm görüşlər, Qazilərimiz, cəbhədə olan qəhrəmanlarımızın aliləri ilə maraqlanıb dəstək, köməklik göstərilməsi, mənəvi və maddi dayaq ola həmvətənlərimizin qayğı və diqqətini öz şahidi oldum.
27 SENTYABR — YADDAŞ VƏ MƏSULİYYƏT
Bu gün 27 sentyabr yalnız təqvimdəki tarix deyil.
Bu tarix şəhidlərimizin xatirəsini, qazilərimizin fədakarlığını, əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın birliyini xatırladan gündür.
30 ilə yaxın düşmən işğalında olan əbədi, əzəli torpaqlarımızın Ali Baş komandan, Müzəffər sərkərdə, Qaıib ordunun qalib lideri olan İlham Heydər oğlu Əliyevin "Dəmir Yumruq" əməliyyatı ilə qızıl hərflərlə Azərbaycan tarixinə şanlı səyfə yazdı.
Mən həmin günlərin bir iştirakçısı və şahidi kimi bir həqiqəti xüsusilə qeyd etmək istəyirəm:
Vətən müharibəsi yalnız cəbhədə aparılmadı.
Cəbhədə əsgər və zabitlərimiz vuruşdu.
Arxa cəbhədə isə analar, atalar, həyat yoldaşları, övladlar, həkimlər, jurnalistlər, müəllimlər, dövlət qulluqçuları, könüllülər və bütün Azərbaycan xalqı öz vəzifəsini yerinə yetirdi.
2020 ilin "Könüllülər ili" olması gənclərin vətənpərvərlik ruhunda yetişməsi, iqtidar xalq birliyi, Xalq, Vətən, dövlət sevgisin yaşadıq. Azərbaycan tarixində olan müasir ən gözəl, fərəhli qələbə günlərini yaşadıq.
Göyçayda gördüklərim isə mənim yaddaşımda ayrıca bir salnamədir.
Gənc könüllülərin Vətənə getmək üçün səfərbərlik məntəqəsinə gəlməsi...
Ananın şəhid oğlunu son dəfə qucaqlaması...
Həyat yoldaşının qəbirə sığınaraq şəhid ərinin üzünü son dəfə öpməsi...
Balaca oğulun atasının şəklini başı üzərində tutması...
Şəhid tabutunun arxasınca minlərlə insanın addımlaması...
Və nəhayət, Qələbə xəbərinin gətirdiyi göz yaşları...
Bunların hər biri bir xalqın tarixidir.
Bu tarix unudulmamalıdır.
Çünki torpaq yalnız xəritədəki ərazi deyil.
Torpaq onun uğrunda canından keçən insanların xatirəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin, Vətən uğrunda səfərbər olan və döyüşən bütün oğullarımızın qarşısında baş əyirəm.
27 Sentyabr — Anım Günü ilə yanaşı müqəddəs xatirə günüdür.
Şəhidlər ölməz, Vətən bölünməz!
Qarabağ Azərbaycandır!
Bütöv Azərbaycan uğrunda yaşatmalıyıq.
Bu yazı şəxsən mənim gördüyüm real günləri özündə əks etdirən faktiki real yaşadlğımdır.
Anar Nağıyev,
hüquqşünas-jurnalist,
44 gün Vətən müharibəsində baş verən hadisələrin Göyçayda canlı şahidi