Dəmir yumruq » Manşet » Azərbaycan BMT-də sülh və bərpa gündəliyini təqdim etdi
Manşet / Siyasət / Bugün, 06:48

Azərbaycan BMT-də sülh və bərpa gündəliyini təqdim etdi

 

Biz Azərbaycanın təşəbbüsü ilə başlanmış sülh gündəliyini irəliyə apardıqca, bütün regionumuz sabitlik, bağlantı və konkret iqtisadi dividendlərin perspektivli dayaq nöqtəsinə çevrilir”.
 
Demiryumruq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
 
“Bu prosesin geridönməzliyini təmin etmək məqsədilə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması vasitəsilə normallaşma prosesinin yekunlaşdırılmasına şərait yaratmaq üçün yerdə qalan maneənin aradan qaldırılması həlledici dərəcədə zəruridir.
 
Regional normallaşma prosesi ilə yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa gündəliyi nəticə etibarilə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirə bilməsini qarşıya məqsəd qoyub.
 
Hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri sayəsində azad edilmiş ərazilərimizə həyat qayıdır. Azərbaycan bütöv regionu yaşıl texnologiyalardan enerji alan “ağıllı şəhərlər” və “ağıllı kəndlər” vasitəsilə yenidən qurur. Bir zamanlar xarabalıq və külə çevrilmiş ərazilər bu gün müasir yaşayış məntəqələri kimi dirçəlir. Bu gün 90 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və işləyir”, - nazir qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.