Dəmir yumruq » Manşet » İlham Əliyev Tokayevə başsağlığı verdi
Manşet / Hadisə / Dün, 19:51

İlham Əliyev Tokayevə başsağlığı verdi

 

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.
 
Demiryumruq.az xəbər verir ki, başsağlığı mətnində deyilir:
 
“Hörmətli Kasım-Jomart Kemeleviç,
 
Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
 
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
 
Allah rəhmət eləsin!”

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.