Dəmir yumruq » Manşet » Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib
Manşet / Hadisə / Dün, 19:40

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib

 

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Qərar qəbul edilib.
 
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.