Dəmir yumruq » Manşet » Əhaliyə 7 milyard manat ödənilib
Manşet / Sosial / Bugün, 11:47

Əhaliyə 7 milyard manat ödənilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.
 
O cümlədən, 8 ayda pensiyalar üzrə 5 milyard 222 milyon manat, müavinətlər üzrə 961 milyon manat, təqaüdlər üzrə 542 milyon manat, ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.
 
Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.