Dəmir yumruq » Manşet » “Formula-1” Azərbaycan Qran-prisi başlayır, giriş-çıxış məhdudlaşdırılır
Manşet / İdman / Bugün, 14:15

“Formula-1” Azərbaycan Qran-prisi başlayır, giriş-çıxış məhdudlaşdırılır

 

 

Bu gün saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu məhdudlaşdırılma “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədardır.

Həmçinin qeyd edilib ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.