Dəmir yumruq » Manşet » Deputat tıxaca görə iclasa gecikdi - “Üzr istəməlidirlər”
Manşet / Müsahibə / Bugün, 10:29

Deputat tıxaca görə iclasa gecikdi - “Üzr istəməlidirlər”

clasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

 
Demiryumruq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə bildirib.
 
“Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”, - deputat qeyd edib.
 
Deputat Elman Nəsirov da tıxaclarla bağlı narahatlığını dilə gətirib.
 
“Son günlər Elmlər Akademiyası tərəfdə ciddi insan izdihamı görürəm. Bu məsələ çox ciddiləşib. Aidiyyəti qurumlar bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməlidir. Məncə tıxacların qarşısını almaq üçün smart idarəetmə sistemindən, xarici praktikadan istifadə etməliyik”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.