Dəmir yumruq » Manşet » Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə Bilik Günü qeyd olunub
Manşet / Hadisə / Bugün, 14:29

Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə Bilik Günü qeyd olunub

 

   

 15 sentyabr - Bilik Günü münasibətilə Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, şəhid ailələri, məktəbin kollektivi və valideynlər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər müəllimləri və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, təhsilin cəmiyyətin və dövlətin inkişafında mühüm rolundan, şagirdlərin bilik və bacarıqlarının artırılmasının vacibliyindən danışmışlar. Qeyd edilmişdir ki, Quba şəhər 2 nömrəli məktəb-liseydə təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması, onların elm, STEAM, texnologiya və müxtəlif müsabiqələrdə iştirakının təmin edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Tədbir çərçivəsində məktəbin uğurları və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmış, şagirdlərə yeni tədris ilində uğurlar arzulanmışdır.

  


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.