Dəmir yumruq » Manşet » Prezident 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Manşet / Hadisə / Bugün, 09:43

Prezident 500 min dollarlıq mükafatı bu fonda ayırdı

 

 

 Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatını dövlətimizin başçısına təqdim edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.

Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.

Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.