Dəmir yumruq » Manşet » Milli Fəaliyyət Planını təsdiqlədi
Manşet / Hadisə / Dün, 18:06

Milli Fəaliyyət Planını təsdiqlədi

 

Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.
 
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməli, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, icra vəziyyəti barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, icranın monitorinqini və qiymətləndirilməsini isə Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.