Dəmir yumruq » Manşet » Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
Manşet / Hadisə / Bugün, 13:20

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

 

Daxili İşlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib.

 Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərara əsasən, Daxili İşlər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin elektron qaydada sorğu əsasında mopedlər barədə məlumatları (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahibinin soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i) təxirə salınmadan almasını təmin etməlidir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.