Dəmir yumruq » Manşet » Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Manşet / Hadisə / 7-09-2026, 12:05

Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

 

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimlərindən ibarət 50 nəfərlik nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və "Türk şəhidliyi" abidəsini ziyarət edib.

Demiryumruq.az xəbər verir ki, din xadimləri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.

Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanına gəlib.

Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunub və məzarları üzərinə gül dəstələri qoyulub.

Səfər iştirakçıları "Türk şəhidliyi" abidəsini də ziyarət edərək Azərbaycan və Türkiyə qardaşlığı, eləcə də hər iki xalqın tarixi və mənəvi bağlılığı baxımından mühüm əhəmiyyət daşıyan şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.