Dəmir yumruq » Manşet » Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Manşet / Hadisə / 4-09-2026, 18:45

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

 

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
 
Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Xatırladaq ki, avqustun 10-u V.Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.