Dəmir yumruq » Manşet » Onların dövlət qulluqçusu statusu ləğv ediləcək - Sərəncam
Manşet / Hadisə / 4-09-2026, 07:14

Onların dövlət qulluqçusu statusu ləğv ediləcək - Sərəncam

 

 

Əqli Mülkiyyət Agentliyinin bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusu ləğv ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu prosesin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, sərəncam sentyabrın 1-dən qüvvəyə minib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.