Dəmir yumruq » Manşet » "Qarabağ" "Vestri"ni məğlub etdi
Manşet / İdman / 9-07-2026, 21:08

"Qarabağ" "Vestri"ni məğlub etdi

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və İslandiyanın “Vestri” komandalarının start heyətləri açıqlanıb.
 
Demiryumruq.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
 
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov
 
Baş məşqçi: Qurban Qurbanov
 
“Vestri”: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev
 
Baş məşqçi: Daniel Osafo-Badu
 
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
 
***
 
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
 
***
 
"Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.
 
Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.
 
30-cu dəqiqədə Zakaria Savo fərqlənib.
 
***
 
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə başa çatıb.
 
Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:0.
 
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
 
***
 
Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
 
86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
 
***
 
"Qarabağ" "Vestri"ni 3 - 0 hesabı ilə məğlub edib.
 
Cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.