Dəmir yumruq » Manşet » Millimiz FİFA-nın turnirinin qalibi oldu
Manşet / İdman / Dün, 19:25

Millimiz FİFA-nın turnirinin qalibi oldu

 

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. 
 
Demiryumruq.az xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşdı. 
 
Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. 
 
Oyun saat 19:00-da başlayıb. 
 
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.
 
FIFA Series-2026
 
30 mart 19:00.
 
Azərbaycan – Syerra Leone
 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 
***
 
Millimiz matça aşağıdakı heyətlə çıxır:
 
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 8. Emin Mahmudov (k), 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov
 
Baş məşqçi: Ayxan Abbasov
 
***
 
Matç başladı.
 
***
 
Syerra Leone hesabı açdı.
 
28-ci dəqiqədə Daniel Kanu fərqləndi.
 
***
 
İlk hissə başa çatdı.
 
***
 
İkinci hissə başladı
 
***
 
Azərbaycan millisi hesabı bərabərləşdirdi​.
 
Rahil Məmmədov 72-ci dəqiqədə akrobatik zərbədən vurduğu gözəl qolla hesaba tarazlıq yaratdı.
 
***
 
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdı.
 
Matçın qalibi penaltilərdə müəyyənləşəcək.
***

Azərbaycan yığması penaltilərdə 9:8 hesabı ilə qalib gələrək “FİFA Series” turnirinin qalibi oldu.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.