Azərbaycan idmançılarının 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.
Demiryumruq.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Birinci pillədə 480 xalla yunan-roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Georgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseni Cioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-roma güləşi, 320 xal) qərarlaşıblar.