Dəmir yumruq » Manşet » Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı
Manşet / İdman / Dün, 10:52

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

 

Azərbaycan idmançılarının 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
 
Birinci pillədə 480 xalla yunan-roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Georgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
 
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseni Cioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-roma güləşi, 320 xal) qərarlaşıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.