Dəmir yumruq » Manşet » "Liverpul" "Qarabağ"a qarşı: 6-0
Manşet / İdman / Bugün, 21:57

"Liverpul" "Qarabağ"a qarşı: 6-0


 

  

   

 

"Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq. 
 
Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşacaq. 
 
Matç məşhur “Enfild Roud” stadionunda baş tutacaq. Ağdam klubu rəqibindən çətin səfərdə xal ala bilsə, pley-offa vəsiqə qazanmış olacaq. Lakin Azərbaycan çempionu məğlub olacağı halda belə istəyinə çata bilər. Bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.
 
UEFA Çempionlar Liqası Liqa mərhələsi
 
8-ci tur
 
29 yanvar 00:00.
 
“Liverpul” – “Qarabağ”
 
Baş hakim: İvan Krujlyak (Slovakiya).
 
Liverpul. “Enfild Roud” stadionu.
 
***
 
Komandaların start heyətləri açıqlanıb:
 
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
 
“Liverpul”: Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo.
 
***
 
Matç başladı.
 
***
 
Matçın 15-ci dəqiqəsində Aleksis Makallister hesabı açır.
 
***
 
Florian Virts 21-ci dəqiqədə komandasının ikinci qolunu vurur.
 
***
 
Fasilə
50-ci dəqiqədə Məhəmməd Salah cərimə zərbəsini dəqiq yerinə yetirir.
**
 
57-ci dəqiqədə Yoqo Ekitike komandasının növbəti qolunu vurur.
*
 
61-ci dəqiqədə Aleksis Makallister dubl edir.

**

Makkalister özünün ikinci, komandasının beşinci qolunu vurdu:

*

90-cı dəqiqədə Kyeza adını tabloya yazdırır.

*

6-0 Qarabağ məğlub oldu. 

Matç bitdi. 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.