Dəmir yumruq » Manşet » "Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: 3-2 Qalibiyyət!
Manşet / İdman / Dün, 19:43

"Qarabağ" "Ayntraxt Frankfurt"a qarşı: 3-2 Qalibiyyət!

 

"Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxdı. 
 
Ağdam klubu ÇL-nin Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edib. 
 
Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. 
 
Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edib. 
 
Qeyd edək ki, bu, “Qarabağ”ın ÇL-də son ev oyunudur. Ağdam təmsilçisi hazırda 7 xalla 25-ci pillədədir.
 
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 7-ci tur
 
21 yanvar “Qarabağ” – “Ayntraxt”
 
Hakimlər: Sandro Şerer (İsveçrə). Tofiq Bəhramov adına Respublika stadionu.
 
Saat 21:45.
 
***
 
Komandaların start heyətləri açıqlanıb.
 
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
 
Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov.
 
“Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
 
Ehtiyat heyət: Setterer, Qral, Amenda, Oskar Heylunn, Şaybi, Daud, Baoyya, Buta, Qetse, Dumbiya, Dills, Ştaff.
 
***
 
Texniki problemə görə 21:45-də start fiti səslənməli olan matç yubanır.
 
***
 
Matç başladı.
 
 
***
 
Matçın 4-cü dəqiqəsində K.Duran komandamızı hesabda önə çıxarır.
 
***
 
11-ci dəqiqədə “Ayntraxt” hesabı bərabərləşdirir.
 
**
 
Fasilə.
 
***
 
İkinci hissə başladı.
 
***
  
“Ayntraxt” 78-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə hesabda önə çıxır.
 
 
***
 
80-cı dəqiqədə Kamilo Duran bərabərlik qolunu vurur. Qeyd edək ki, təmsilçimizin hər iki qolunda Elvin Cəfərquliyevin etdiyi ötürmədən Kamilo Duran fərqlənmişdi.
 
***
 
90+4-cü dəqiqədə Bəhlul Mustafazadə qələbə qolunu vurur.
 
***
 
Matç bitdi.
 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.