
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
Azərbaycan təmsilçisi “Qarabağ” meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu.
***
Komandaların start heyətləri açıqlanıb.
“Qarabağ”: Mateus Koxalski, Elvin Cəfərquliyev, Bəhlul Mustafazafə, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borgez, Leandro Andrade, Abdullah Zubir (k), Kamilo Duran
Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Oleksiy Kaşuk, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Hüseynov
“Çelsi”: Rober Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceymi Qittens, Andrey Santos, Joao Pedro, Yorrel Xato, Ris Ceyms (k), Tayrik Corc, Estevao, Romeo Lavia
Ehtiyat heyət: Filip Yorqensen, Maks Merrik, Enso Fernandes, Liam Delap, Trevo Çaloba, Meyses Kaysedo, Malo Qyusto, Uesli Fofana, Coçua Açeamponq, Mark Qio, Fakundo Buonanotte, Alexandro Qarnaç
***
Matç başladı.
***
Estevao 17-ci dəqiqədə hesabı açır.
***
Leandro Andrade 29-cu dəqiqədə hesabı bərabərləşdirdi.
***
Marko Yankoviç 39-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandamızı önə keçirir.
***
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
53-cü dəqiqədə Alexandro Qarnaço “Çelsi”nin bərabərlik qolunu vurur.
***
Matç bitdi. “Qarabağ” Bakıda “Çelsi” ilə qələbə kimi heç-heçə etdi. 2:2