Dəmir yumruq » Manşet » Qarabağ azarkeşlərə müraciət etdi
Manşet / İdman / 7-10-2025, 17:57

Qarabağ azarkeşlərə müraciət etdi

  

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
 
Bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
 
Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.
 
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.
 
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.