Dəmir yumruq » Manşet » Prezident Danimarkadan yazdı: “Qarabağ” yenə qürurlandırdı!
Manşet / İdman / 1-10-2025, 22:03

Prezident Danimarkadan yazdı: “Qarabağ” yenə qürurlandırdı!

Prezident Danimarkadan yazdı: “Qarabağ” yenə qürurlandırdı!
 
Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
 
Bu sözləri Prezident İlham Əliyev sosial şəbəkə hesabında yazıb.
 
"Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir", - İ.Əliyev vurğulayıb.
 
Qeyd edək ki, təmsilçimiz Danimarka çempionunu Bakıda 2-0 məğlub edib. Hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.