Dəmir yumruq » Manşet » "Formula-1" HƏYƏCANI: Piastri mübarizəni dayandırdı
Manşet / İdman / 21-09-2025, 14:04

"Formula-1" HƏYƏCANI: Piastri mübarizəni dayandırdı

"Formula-1" HƏYƏCANI: Piastri mübarizəni dayandırdı. 
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının startı "McLaren" komandasının pilotu Oskar Piastri üçün uğursuz alınıb.
 
Təcrübəli sürücü qəflətən idarəetməni itirib və nəticədə, onun bolidi maneəyə çırpılıb.
 
Beləliklə, hazırda turnir cədvəlinə başçılıq edən avstraliyalı pilot üçün bu yarış erkən bitib.
 
----
"Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.
 
2 saata yaxın davam edəcək mübarizədə pilotlar öz məharətlərini nümayiş etdirəcəklər.
 
Qeyd edək ki, hazırda turnir cədvəlinə "McLaren" komandasının pilotları başçılıq edirlər. İlk pillədə 324 xalla avstraliyalı sürücü Oskar Piastri qərarlaşıb. Onun ardınca isə komanda yoldaşı, britaniyalı Lando Norris (293) gəlir. Üçüncü yerdə isə 230 xalla "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen qərarlaşıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.