Dəmir yumruq » Manşet » “Qarabağ” “Benfika”nı devirdi!
Manşet / İdman / 17-09-2025, 07:39

“Qarabağ” “Benfika”nı devirdi!

 

Qarabağ bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu “Benfika” ilə qarşılaşacaq.

Portuqaliya təmsilçisi ilə görüş səfərdə baş tutacaq. Oyunu belçikalı hakimlər idarə edəcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur

16 sentyabr “Benfika” – “Qarabağ”

Baş hakim: Erik Lambrexts (Belçika).

“Da Luş” stadionu.

Saat 23:00.

***

Komandaların start heyətləri açıqlanıb:

“Benfika”: 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)

Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

***

Matç başladı.

6-cı dəqiqədə Barreneçeanın vurduğu qolla “Benfika” hesabı açır.

***

Pavlidis 16-cı dəqiqədə hesabı 2:0 edir.

***

30-cu dəqiqədə Leandro Andrade hesab arasındakı fərqi azaldır - 2:1.

***

Kamilo Duran 49-cu dəqiqədə hesabda tarazlıq yaradır - 2:2. 

****

Aleksey Kaşuk, 87-ci dəqiqədə “Qarabağ”ın üçüncü qolunu vurur  - 2:3

***

Qarşılaşma Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatdı.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.