Dəmir yumruq » Manşet » Prezident bu komitənin tərkibində dəyişiklik etdi
Manşet / İdman / 16-04-2025, 21:08

Prezident bu komitənin tərkibində dəyişiklik etdi

 

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsində dəyişiklik edilib.
 
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 
 
Sərəncama əsasən, Təşkilat Komitəsinin tərkibinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini daxil edilib.
 
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini və Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini isə Təşkilat Komitəsinin tərkibindən çıxarılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.