 
 
Azərbaycan milli komandasının boksçusu Zeynəb Rəhimova Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
 
 54 kq çəki dərəcəsində mübarizə aparan Rəhimova ilk döyüşündə Ermənistan təmsilçisi Yekaterina Sıçevanı 5:2 hesabı ilə məğlub edib. O, 1/8 final mərhələsində Kim Anh Vo Thi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, martın 16-da bitəcək mundialda Azərbaycanı 6 boksçu təmsil edir. Martın 9-da Marjona Savriyeva rumıniyalı Mihaela Badeskuya qalib gələrək, 1/8 finala yüksəlib.