Dəmir yumruq » Manşet » Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq
Manşet / İdman / 1-03-2025, 14:15

Azərbaycanda "Barselona" klubunun akademiyası yaradılacaq

 

Azərbaycanda İspaniyanın "Barselona" klubunun futbol akademiyası yaradılacaq.
 
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Barselona" klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.
 
Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.