Xəbər lenti
Dəmir yumruq » Manşet » Palata Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində audit keçirib
Manşet / Hadisə / 28-10-2024, 08:55

Palata Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində audit keçirib

 

Hesablama Palatası "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndə audit yoxlaması həyata keçirib.

Bu barədə “APA-Economics”in sorğusuna əsasən Palatadan bildirilib. Qeyd edilib ki, HP 2024-cü ilin iş planına əsasən sözügedən publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsi və idarə edilməsinin auditini aparıb.

"Qanuna əsasən kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı məlumatlar, onun nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra, kollegiyanın müəyyən etdiyi forma və məzmunda təqdim edilir"- Palatadan əlavə edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.