Dəmir yumruq » Manşet » Daşınar əmlakla bağlı qayda dəyişir
Manşet / İqtisadiyyat / 19-10-2024, 16:43

Daşınar əmlakla bağlı qayda dəyişir

 

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydasına dəyişiklik olunacaq.
 
Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir.
 
Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.
 
Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.