Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında ilk oyununa çıxıb.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv İsveç millisini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna saat 20:00-da start verildi.
Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə qarşılaşıb.
UEFA Millətlər Liqası
C Liqası, I qrup, I tur
5 sentyabr
20:00 Azərbaycan – İsveç
Baş hakim: Balaş Berke (Macarıstan)
***
Komandaların start heyətləri açıqlanıb:
Azərbaycan: 23. Mehdi Cənnətov, 22. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 17. Toral Bayramov
Ehtiyat oyunçular: Rza Cəfərov, Yusif İmanov, Amin Seydiyev, Şəhriyar Əliyev, Emil Mustafayev, Ozan Can Kökçü, Rahil Məmmədov, Rüstəm Əhmədzadə, Elvin Camalov, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Xəyal Nəcəfov
İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres
Ehtiyat oyunçular: Zetterström, Nordfeldt, Kurtuluş, Berqveyl, Kayuste, Nilsson, Sema, Saletros, Starfelt, Eliasson, Larsson, Nanasi
***
Matç başladı.
*
45+6-cı dəqiqədə Ramil Şeydayev penaltidən yararlana bilmədi.
*
Fasilə
***
İkinci hissə başladı.
***
İsveç millisi 65-ci dəqiqədə İsakın vurduğu qolla hesabı açır.
***
71-ci dəqiqədə İsak dubl edir - 0:2.
***
79-cu dəqiqədə qonaqlar 3-cü qolu millimizin qapısından keçirir. Viktor Qyökeres penaltidən fərqlənir - 0:3.
***
81-ci dəqiqədə millimiz hesab arasındakı fərqi Renat Dadaşovun vurduğu qolla azaldır - 1:3.
***
Qarşılaşma millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.