Azərbaycanın sərbəst güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlılar arasında Avropa çempionatına birinci olub.
Azərbaycan Güləş Federasiyasındanverilən məlumata görə, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub.
Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119 xal) isə üçüncü yeri tutub.
Xatırladaq ki, Muhamməd İsmayılov (51 kiloqram) və İsa Yusibov (65 kiloqram) qızıl, Hüseyn İsmayılovla (60 kiloqram ) Muxamad Qantemirov (110 kiloqram) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kiloqram) və Hüseyn Hüseynov (55 kiloqram) isə bürünc medal qazanıblar.