Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.
Qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.
Qeyd edək ki, görüşü polşalı hakim Şimon Marçinyak idarə edir.
***
37-ci dəqiqədə İsveçrə millisinin oyunçusu R.Freuler hesabı açıb: 1 - 0
***
45-ci dəqiqədə R.Varqas daha bir topu İtaliyanın qapısından keçirib: 2 - 0
***
Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.