“Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib”.
Bu, Azərbaycan Güləş Federasiyasının yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək:
“Eyni zamanda, bildiririk ki, Çamizo “Duty to report” qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman “Fair Play” ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacağıq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik”.