“İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.
“Epizodlara baxdım. İngilis hakimə yaraşmayan qırmızı oldu. Bəlkə də, bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi və qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdır”.