Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub etdi
Manşet / İdman / 11-03-2024, 06:50

Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub etdi

 

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

İdman.biz-ə istinadən xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.


Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.