Dəmir yumruq » İqtisadiyyat » AMB "Bank Respublika"ya icrası məcburi sərəncam verdi
İqtisadiyyat / Dün, 10:27

AMB "Bank Respublika"ya icrası məcburi sərəncam verdi

 

Azərbaycan Mərkəzi Bankı “Bank Respublika” ASC-yə icrası məcburi sərəncam verib.

Demiryumruq.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Belə ki, “Bank Respublika” ASC müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərini pozub.

Bununla əlaqədar, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “Bank Respublika” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi və məsul şəxslər barədə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.