Dəmir yumruq » İqtisadiyyat » Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti
İqtisadiyyat / Dün, 09:34

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,57 ABŞ dolları və ya 8,07 % azalaraq 108,99 ABŞ dolları təşkil edib.

Musavat.com xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 104,19 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 9,54 ABŞ dolları və ya 8,26 % azalaraq 105,91 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.