Dəmir yumruq » İqtisadiyyat » Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək
İqtisadiyyat / Bugün, 05:07

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

 

Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.
 
Demiryumruq.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
 
"Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o bildirib.
 
C.Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:
 
"Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.