Dəmir yumruq » İqtisadiyyat » Bu məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlisiniz
İqtisadiyyat / Bugün, 13:11

Bu məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlisiniz

 

Gömrük yoxlanışına daxil olan maşınlar üçün təqdim olunan məlumatların siyahısı genişləndirilir.
 
Demiryumruq.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
 
Mövcud qanunvericiliyə görə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir.
 
Təklif olunan dəyişikliyə görə isə məsul şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanları da əvvəlcədən gömrük orqanına təqdim edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.