Dəmir yumruq » İqtisadiyyat » “Tabaterra”dan rəsmi AÇIQLAMA: Yazılan iddialar həqiqəti əks etdirmir
İqtisadiyyat / Tədbir / 11-02-2026, 11:52

“Tabaterra”dan rəsmi AÇIQLAMA: Yazılan iddialar həqiqəti əks etdirmir

 

“Azərbaycan Reallığı” xəbər portalında yayımlanan “Deputat Cavanşir Fərziyevin qardaşı oğlunun rəhbərlik etdiyi şirkətdə maaş fərqi ilə bağlı iddialar” başlıqlı yazıda yer alan məlumatlarla bağlı Tabaterra MMC tərəfindən rəsmi mövqe açıqlanıb.
Saytımıza danışan Tabaterra MMC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Səlimov bildirib ki, sözügedən yazıda əks olunan məlumatlar tamamilə yanlışdır və həqiqəti əks etdirmir.
Əvvəla şirkətin millət vəkili Cavanşir Fərziyevlə əlaqəsinin olması kökündən yanlışdır.
Onun sözlərinə görə, şirkətdə maaş bölgüsü ilə bağlı səsləndirilən iddialar, eləcə də bayram və qeyri-iş günlərində görülən işlərə görə əlavə ödənişlərin edilmədiyi, əvəzində isə əməkdaşlara razılıqları olmadan istirahət günü verildiyi barədə deyilənlər əsassızdır.
“Yazıda qeyd olunan fikirlər kökündən yanlışdır və reallığı əks etdirmir”, - deyə Bəxtiyar Səlimov vurğulayıb.
Tabaterra MMC rəsmisi bildirib ki, şirkət fəaliyyətini qüvvədə olan əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirir və əməkdaşların hüquqları tam şəkildə qorunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.