Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » “OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir
İqtisadiyyat / Cəmiyyət / 16-12-2025, 08:51

“OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir

Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.

Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.

Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:

* Şübhəli linklərə daxil olmamaq;

* Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;

* Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.

"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.