“Mançester Siti”nin hücumçusu Erlinq Holanndan yeni rekord
Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında bu mövsüm 21 qol vurub.
AZƏRTAC xəbər verir ki, norveçli forvard 18 matçda bu saya çatıb. O, bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib.
İyirmi iki yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonunadək 21 qol vurmağı bacaran ilk oyunçu olub.