Xəbər lenti
Dəmir yumruq » İdman » Fransada qaradərili futbolçular irqçi təzyiqlərə məruz qalıblar
İdman / 19-12-2022, 06:41

Fransada qaradərili futbolçular irqçi təzyiqlərə məruz qalıblar

Qaradərili fransız futbolçular Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muani dünya çempionatının finalında məğlub olduqdan sonra irqçi təzyiqlərə məruz qalıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

İstifadəçilər oyunçuların sosial şəbəkələrində təhqiredici mesajlar yazmağa başlayıb və onların postlarının altında meymun və banan şəkilləri paylaşıblar. Bundan sonra Çuameni yazılara şərh vermək imkanını məhdudlaşdırıb, Kolo-Muani isə şərhləri söndürüb. Eyni zamanda, Koman vəziyyətə heç bir reaksiya verməyib.

Qeyd edək ki, dekabrın 18-də Qətərdə keçirilən turnirin həlledici oyununda Fransa Argentinaya məğlub olub. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub - 4:2. Fransalı futbolçu Kolo-Muani əlavə vaxtda qol vurmaq imkanından yararlana bilməyib. Koman və Çuameni isə həlledici penaltilər seriyasında qeyri-dəqiq oynayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.