Azərbaycan Basketbol Liqasında “Gəncə BK” komandası turnir cədvəlindəki mövqeyini möhkəmləndirib
Dekabrın 11-də “Sərhədçi” İdman Mərkəzində “Gəncə BK” və “Zirvə Astara BK” komandaları arasında keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasının doqquzuncu turu yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, iki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə BK” 98:85 hesabı ilə qələbə qazanaraq turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.
Görüşdə ən məhsuldar basketbolçular “Gəncə BK” (Ceylon Perri - 29 xal, 5 ribaund ) və “Zirvə Astara BK” (Ruşard Kruikşenk - 25 xal, 9 ribaund) olub.
Qeyd edək ki, onuncu turun oyunları dekabrın 14-də, 17-də və 18-də keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin