Xəbər lenti
Dəmir yumruq » İdman » Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar - Foto
İdman / Bugün, 09:57

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar - Foto

 

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.
 
Demiryumruq.az xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kiloqram), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kiloqram) gümüş mükafata sahib olublar.
 
Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kiloqram) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.