Dəmir yumruq » İdman » "Asan olmayacağını bilirik, çünki..." - Elgiz Kərəmli
İdman / Bugün, 12:09

"Asan olmayacağını bilirik, çünki..." - Elgiz Kərəmli

 

1-ci Liqadakı mübarizənin sonuna iki tur qalmış ən yaxın izləyicisi "Səbail"i 5 xal qabaqlayan lider "Şəfa" növbəti oyununu "Cəbrayıl"a qaşı keçirəcək. Bakı təmsilçisinin 34 yaşlı baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çox önəmli oyuna çıxacağıq. Qələbə qazansaq, çempionluğu rəsmiləşdirəcək, hədəfimizə çatacağıq. Asan olmayacağını bilirik, çünki çempionatın sonlarıdır. Hər oyun öz çətinliyi ilə seçilir. Lakin futbolçularımıza həmişəki kimi inaniram. Məşqlərdə çox həvəsli və aktiv gorünürlər, bu oyunu çox səbirsizliklə gözləyirlər. Bizi sevindirəcəklərinə inaniram".

Qeyd edək ki, "Şəfa" - "Cəbrayıl" qarşılaşması mayın 15-də keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq görüşün start fiti 17:00-da səsləndiriləcək.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.