Dəmir yumruq » İdman » Nəriman Axundzadənin illik məvacibi AÇIQLANDI
İdman / Bugün, 10:05

Nəriman Axundzadənin illik məvacibi AÇIQLANDI

 

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubundakı maaşı açıqlanıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, 22 yaşlı hücumçunun Ohayo təmsilçisində illik məvacibi 550 000 ABŞ dolları (vergilərlə birlikdə 633 389 dollar) təşkil edir.

Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kryu” klubuna bu ilin fevral ayında “Qarabağ”dan keçib. Futbolçu MLS təmsilçisi ilə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.